Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rusiya Xarkovu “Şahid”lərlə vurdu

24 Yanvar 2026, 11:10 Dünya 24 baxış
Rusiya Xarkovu “Şahid”lərlə vurdu

Ötən gecə Rusiya Silahlı Qüvvələri “Şahid” pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov şəhərinə hücum ediblər.

Xəbərin.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.

O, ümumilikdə şəhərə 25 ədəd zərbə dronunun buraxıldığını bildirib.

Nəticədə 19 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında gənc hamilə qadın və bir uşaq da var.