Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Yusuf Tekin azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşüb

21 Yanvar 2026, 19:14 Təhsil 36 baxış
Yusuf Tekin azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşüb

Türkiyənin milli təhsil naziri Yusuf Tekin, elm və təhsil naziri Emin Əmrullayev və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərin.az bildirir ki, Nazir Tekin Türkiyə ilə Azərbaycan arasında münasibətlərin dostluqdan daha çox qardaşlıq xarakteri daşıdığını bildirib və bu əlaqələrin gələcək nəsillərə ötürülməsində təhsilin mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu münasibətlərin institusionallaşdırılması üçün təhsil nazirlikləri sıx əməkdaşlıq etməlidir.

Tekin həmçinin Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyətinə toxunaraq bildirib ki, hazırda ölkədə iki məktəb fəaliyyət göstərir. Bu məktəblərdən biri yerli tədris proqramı, digəri isə "Cambridge" proqramı əsasında fəaliyyət göstərir. O, peşə təhsili, müəllim hazırlığı və “Qardaş Məktəb” layihələri çərçivəsində əməkdaşlığın daha da genişləndiriləcəyini bildirib.