PSJ-nin müdafiəçisi Lukas Hernandes və həyat yoldaşı insan alveri və qanunsuz işçi saxlanılması ittihamı ilə üzləşiblər.
Xəbərin.az məlumat verir ki, şikayət Hernandes cütlüyünün yanında rəsmi sənədlər olmadan çalışan beş Kolumbiya vətəndaşından ibarət ailə tərəfindən edilib. Bildirilir ki, həmin şəxslər mühafizəçi, aşpaz və dayə kimi işləyiblər.
Məsələ ilə bağlı hüquqi araşdırmalara başlanılıb. Hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.
Qeyd edək ki, 29 yaşlı Lukas Hernandes 2023-cü ilin yayından PSJ-də çıxış edir və Paris təmsilçisi ilə Fransa Superkuboku, Fransa çempionluğu, Fransa Kuboku, Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.