Qara çay (Camellia sinensis) dünyada ən çox istehlak edilən içkilərdən biridir. Onun faydalı xüsusiyyətləri olsa da, həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Qara çayın əsas təsir edən maddələrindən biri kofeindir. Kofein yüksək dozada qəbulu əsəbilik, yuxusuzluq, ürək döyüntüsünün artması və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. İnsanlar xüsusilə axşam saatlarında çox qara çay içdikdə yuxu ritmi pozula bilər.
Digər bir problem dəmirin sorulmasının azalmasıdır. Qara çayda polifenol və tanin maddələri mövcuddur ki, bunlar qida ilə alınan dəmirin udulmasını azaldır. Xüsusilə uşaqlar və qadınlar üçün uzun müddətli və çoxlu qara çay istehlakı dəmir çatışmazlığına gətirib çıxara bilər.
Həmçinin qara çay diş sağlamlığına təsir edə bilər. Onun tərkibindəki rəng verici maddələr dişlərdə ləkə yarada və diş minasını zəiflədə bilər. Güclü dəmlənmiş qara çay mədə turşuluğunu artıraraq mədə narahatlıqlarına da səbəb ola bilər.
Qara çay düzgün və ölçülü şəkildə içildikdə faydalıdır.Gündə 2-3 fincan çay kifayətdir.