Çempionluq yarışında böyük əhəmiyyət kəsb edən liqanın 13-cü həftəsində oynanan qarşılaşmada liqanın lideri “Əl Nəsr” öz meydanında “Əl Əhli” ilə üz-üzə gəlib.
Xəbərin.az xəbər verir ki, Əl Əhli 7 və 20-ci dəqiqələrdə İvan Toninin qolları ilə 2-0 önə keçsə də, Əl Nassr 31 və 44-cü dəqiqələrdə Abdulelah Əl Amrinin qolları ilə hesabı bərabərləşdirdi və ilk hissə bu hesabla başa çatdı. Matçın 55-ci dəqiqəsində “Əl Əhli”nin heyətində çıxış edən Türkiyə millisinin futbolçusu Merih Dəmiral başla zərbə ilə komandasını 3-2 önə keçirib və görüş bu hesabla başa çatıb.
İbrahimli Əlisahib