Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Məktəblərdə 5 gün dərs olmayacaq

06 Yanvar 2026, 22:24 Təhsil 54 baxış
Məktəblərdə 5 gün dərs olmayacaq

Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq.

Xəbərin.az xəbər verir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.

2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.