Xəbərin.az - Operativ Xəbər Portalı
19 Mart 2026, Cümə axşamı

İsrailin silah alışında kəskin sıçrayış

19 Mart 2026, 14:54 Dünya 4 baxış
İsrailin silah alışında kəskin sıçrayış

İsrail Serbiyadan silah alışını kəskin şəkildə artırıb.

Xəbərin.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, idxal həcmi 2023-cü ildəki 3 milyon avrodan 2025-ci ildə 114 milyon avroya yüksəlib.

Alınan silahların adı açıqlanmasa da, əsasən artilleriya sursatlarının tədarük edildiyi bildirilir.

Qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı xarakter daşıyır. İsrail də Serbiyaya dronlar, raketlər və radioelektron mübarizə vasitələri göndərir.