Xəbərin.az - Operativ Xəbər Portalı
19 Mart 2026, Cümə axşamı

Luis Enrike Premyer Liqada?

18 Mart 2026, 22:47 İdman 11 baxış
Luis Enrike Premyer Liqada?

PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb.

Xəbərin.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, Enrike "qırmızı şeytanlar"ın qısaldılmış siyahısında ən yuxarı pillələrdən birində qərarlaşıb. Bildirilir ki, hazırda komandaya müvəqqəti rəhbərlik edən Maykl Kerriki əvəzləmək üçün mütəxəssis axtarışında olan Mançester təmsilçisi yayda qəti qərarını verəcək.

Lakin 55 yaşlı mütəxəssisin bu yay Paris klubunu tərk etməyə hazır olub-olmaması ilə bağlı sual altındadır. Qeyd olunur ki, PSJ-nin cari mövsüm Çempionlar Liqasında qazanacağı mümkün qələbə vəziyyəti tamamilə dəyişə bilər.

Xatırladaq ki, Maykl Kerrik yanvar ayında "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi təyin edilib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə yer alıb.