Nigeriya millisinin Antalyada keçiriləcək hazırlıq oyunları üçün
genişləndirilmiş heyəti açıqlanıb.
Xəbərin.az xəbər verir ki,
Türkiyə mətbuatının yaydığı məlumata görə, Afrika təmsilçisinin heyətində
Vilfrid Ndidi və Pol Onuaçu kimi tanınmış simalar yer alıb. Hazırlıq prosesi
çərçivəsində yığmanın İran və İordaniya seçmələri ilə qarşılaşacağı gözlənilir.
Lakin texniki heyətin açıqladığı siyahıda bəzi aparıcı futbolçuların adının
olmaması diqqətdən yayınmayıb.
Ən
çox müzakirə edilən məqam isə "Qalatasaray"ın ulduz hücumçusu Viktor
Osimhenin heyətə daxil edilməməsidir. Təcrübəli qolçunun yığmadan kənarda
qalması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Nigeriya millisinin Antalyadakı təlim-məşq toplanışı qarşıdakı rəsmi turnirlərə hazırlıq məqsədi daşıyır.