Qlobal
transformasiya və enerji resursları uğrunda mübarizə, o cümlədən Yaxın Şərqdəki
münaqişə son 40 ildə dünyanın ən böyük enerji böhranına səbəb olub.
Xəbərin.az xəbər
verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Novak qeyd edib ki, son 30-40 ildə
dünyada baş verən müharibələr əsasən enerji resursları uğrunda mübarizə ilə
əlaqələndirilir:
"Məsələn, ABŞ-ın başlatdığı
bütün son silahlı münaqişələrin bu və ya digər şəkildə bütün dünya üçün enerji
baxımından vacib olan və enerji resurslarına malik ölkələrlə necə əlaqəli
olduğu aydındır. Ən son nümunə İran, ondan əvvəl isə İraq, Küveyt, Suriya,
Liviya və s.-dir".
Baş nazirin müavini hesab edir ki, mövcud enerji böhranının nəticələri təkcə enerji çatışmazlığı və logistika nəqliyyat axınlarında pozuntular deyil, həm də qlobal ticarət bazarlarında qlobal dəyişiklikləri əhatə edir.