Xəbərin.az - Operativ Xəbər Portalı
16 Mart 2026, Bazar ertəsi

3 xal 3 qolla gəldi

14 Mart 2026, 23:05 İdman 9 baxış
3 xal 3 qolla gəldi

Trendyol Super Liqasının 26-cı həftəsində liqanın lideri "Qalatasaray" "Başakşəhər"lə qarşılaşıb. Rams Parkda keçirilən görüş sarı-qırmızılıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xəbərin.az matçın icmalını təqdim edir:


Qolları 57-ci dəqiqədə Sinqo, 66-cı dəqiqədə Osimhen, 86-cı dəqiqədə Nhaqa vurub. Başakşehirin futbolçusu Ebosele 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 

 

Bu nəticə ilə Okan Burukun komandası xallarını 64-ə yüksəldib. Nuri Şahinin idarə etdiyi qonaq komanda 42 xalda qalıb.