Xəbərin.az - Operativ Xəbər Portalı
30 Aprel 2026, Cümə axşamı

ABŞ-ın 5 təyyarəsi vurulub?

14 Mart 2026, 18:37 Dünya 36 baxış
ABŞ-ın 5 təyyarəsi vurulub?

ABŞ-ın beş yanacaqdolduran təyyarəsi zədələnməyib.

Xəbərin.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat yayıb.

“Əslində, bir neçə gün əvvəl bazaya zərbə endirilib, lakin təyyarələr "vurulmayıb" və ya "məhv edilməyib". Beş təyyarədən dördü, demək olar ki, zədələnməyib və artıq istismardadır", - Tramp bildirib.

Qeyd edək ki, bundan öncə İsraildən qalxan 2 təyyarənin vurulduğu iddia edilmişdi. Daha sonra isə təyyarələrdən birinin İsrailə uğurla eniş etdiyi, digərinin isə İraqda qəzaya uğradığı açıqlandı.