Xəbərin.az - Operativ Xəbər Portalı
14 Mart 2026, Şənbə

Füzulidə atla minaya düşən çoban ölüb

12 Mart 2026, 21:20 Hadisə 9 baxış
Füzulidə atla minaya düşən çoban ölüb

Füzulidə mina hadisəsinin baş verməsi nəticəsində atla minaya düşən çoban həyatını itirib.

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.