Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb.
Xəbərin.az-ın APA-ya istinadən xəbərinə görə, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.
DİN-in Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.