Xəbərin.az - Operativ Xəbər Portalı
29 Aprel 2026, Çərşənbə

Dünya Çempionatından imtinaya görə İranı hansı cəza gözləyir?

11 Mart 2026, 21:39 İdman 39 baxış
Dünya Çempionatından imtinaya görə İranı hansı cəza gözləyir?

İran millisi Dünya Çempionatında iştirakdan imtina edib.

Xəbərin.az xəbər verir ki, FIFA bu səbəbdən yığma komandanı cərimə edəcək. 

Komandanın DÇ-2026-da iştirakı rədd etməsi ölkəyə 320 min dollara başa gələcək.

Turnir qaydalarına görə, iştirakçılardan biri matçlara çıxmaqdan imtina edərsə, 250 min frank cərimə ödəməlidir. Bu isə 320 min dollar edir.

Qeyd edək ki, İran millisinin Yeni Zelandiya, Belçika və Misirlə oyunları ABŞ-də keçirilməlidir.