Xəbərin.az - Operativ Xəbər Portalı
29 Aprel 2026, Çərşənbə

Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək

11 Mart 2026, 21:31 Dünya 30 baxış
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı zərbələri əvvəlki intensivliklə davam etdirəcəyini bildirib.

Xəbərin.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

İrandakı əməliyyatın başa çatdırılması üçün hansı hərbi addımların atılacağı ilə bağlı suala cavab verən ABŞ prezidenti deyib ki, Vaşinqton “indiyədək etdiyindən daha çoxunu edəcək”.

ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə daha sərt addımlar ata bilər.

“Biz bəzi hədəflərə toxunmuruq. Əgər onları vurmaq istəsək, bu gün, bir saat ərzində məhv edə bilərik”, – deyə Tramp bildirib.