Xəbərin.az - Operativ Xəbər Portalı
29 Aprel 2026, Çərşənbə

Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır

11 Mart 2026, 20:41 Dünya 25 baxış
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır

Qətər ABŞ-la daim əlaqədədir və Vaşinqtonu İranla münaqişənin sülh yolu ilə həllinə çağırır.

Xəbərin.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd əl-Xuleyfi bildirib.

Onun sözlərinə görə, Doha ABŞ ilə bütün kanallar vasitəsilə əlaqəni davam etdirir və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

“Biz amerikalı həmkarlarımızla əlaqə kanallarını daim açıq saxlayırıq. Onları münaqişələrin sülh yolu ilə həllinə çağırmağa davam edirik və bu istiqaməti dəstəkləyirik”, – deyə əl-Xuleyfi Al Jazeera telekanalına müsahibəsində bildirib.