Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qalatasaray” doğma meydanda “Liverpul”u qəbul edib.
Xəbərin.az matçın icmalını təqdim edir:
Hesab 7-ci dəqiqədə Mario Leminanın qolu ilə açılıb. Təcrübəli yarımmüdafiəçi "Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələləri tarixində ilk qolunu vurub. İlk hissə "Qalatasaray"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 70-ci dəqiqədə Konate fərqlənsə də, VAR yoxlamasından sonra əllə oyuna görə qeydə alınmadı. Davinson Sançes 90-cı dəqiqədə sarı vərəqə alaraq cavab görüşündə cəzalanıb. Daha qol vurulmayıb və "Qalatasaray" cavab matçı öncəsi üstünlüyü əldə edərək evdə "Liverpul" üzərində 1:0 hesablı qələbəni təmin edib.
Cavab oyunu 18 mart çərşənbə günü, saat 23:00-da İngiltərədə oynanılacaq. Qalib 1/4 finalda PSJ - "Çelsi" matçının qalibi ilə qarşılaşacaq.