Xəbərin.az - Operativ Xəbər Portalı
14 Mart 2026, Şənbə

“Real”ın ulduzu əməliyyat olunub

10 Mart 2026, 16:36 İdman 13 baxış
“Real”ın ulduzu əməliyyat olunub

"Real"ın futbolçusu Rodriqo Qoes əməliyyat olunub.

Xəbərin.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat "Real"ın tibbi heyətinin nəzarəti altında həyata keçirilib. Bildirilib ki, Rodriqo yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq. Buna baxmayaraq, 25 yaşlı hücumçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Rodriqo İspaniya liqasının 26-cı turunda "Xetafe"yə qarşı oyunda (0-1) zədələnib. "

Hücumçu bu mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.