Xəbərin.az - Operativ Xəbər Portalı
14 Mart 2026, Şənbə

Sərkisyanın qardaşı niyə axtarılır?

10 Mart 2026, 16:29 Dünya 14 baxış
Sərkisyanın qardaşı niyə axtarılır?

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanı qiyabi olaraq həbs edib.

Xəbərin.az xəbər verir ki, bu barədə məhkəmə məlumat yayılıb.

“Aleksandr Sərkisyanın harada olduğu məlum deyil. O, axtarışdadır. Tapılıb Ermənistan yurisdiksiyasına qaytarıldıqdan sonra məhkəmə qətimkan tədbirinin tətbiqinə yenidən baxacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, Aleksandr Sərkisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 46-256-cı maddəsi (etibar edilmiş əmlakı mənimsəməyə təhrik etmə) ilə cinayət işi başlanılıb.