Xəbərin.az - Operativ Xəbər Portalı
09 Mart 2026, Bazar ertəsi

Almaniyada meteorit parçaları evlərin üzərinə yağıb

09 Mart 2026, 17:47 Dünya 5 baxış
Almaniyada meteorit parçaları evlərin üzərinə yağıb

Almaniyanın cənub-qərbində meteorit parçaları evlərə ziyan vurub.

Xəbərin.az xarici KİV-ə istinadən xəbər verir ki, meteorit parçaları Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts əyalətində yaşayış binalarının damlarına çırpılıb.

Polis bildirib ki, hadisə ötən gün, yerli vaxtla saat 19:00 radələrində Güls şəhərinin Koblenz rayonuna qeydə alınıb.

"Xəsarət alan olmayıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər.

Qeyd olunub ki, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Zərərin qiymətləndirilməsi işləri aparılır.