UFC-də keçirilən əsas döyüşdə yeni BMF kəmərinin sahibi müəyyənləşib.
Xəbərin.az xəbər verir ki, yüngül çəkidə baş tutan qarşılaşmada braziliyalı döyüşçü Charles Oliveira amerikalı rəqibi Max Holloway ilə üz-üzə gəlib.
Beş raund davam edən gərgin döyüş hakimlərin qərarı ilə başa çatıb. Yekdil qərara əsasən Oliveyra qalib elan olunub və BMF kəmərinə sahib çıxıb.
Beləliklə, Oliveyra karyerasında növbəti mühüm qələbəni qazanaraq UFC-də mövqeyini daha da gücləndirib. Holloway isə görüşü məğlub başa vurub.