Xəbərin.az - Operativ Xəbər Portalı
21 Aprel 2026, Çərşənbə axşamı

İran vətəndaşlarını hədələdi

07 Mart 2026, 18:46 Dünya 29 baxış
İran vətəndaşlarını hədələdi

İranın Kəşfiyyat Nazirliyi sosial şəbəkələrdə ABŞ və İsrailin zərbələri nəticəsində zərər çəkmiş obyektlərin foto və videolarını yayan vətəndaşları sərt tədbir görüləcəyi ilə bağlı hədələyib.

Xəbərin.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Qeyd olunub ki, vurulmuş obyektlərin görüntülərini yayan vətəndaşlar "muzdlular" və "İsrail əsgərləri" kimi qiymətləndiriləcək və məsuliyyətə cəlb olunacaqlar.