Futbol
üzrə Türkiyə Kubokunun oyun formatında dəyişiklik edilir.
Xəbərin.az xəbər verir ki, bu qərar Türkiyə Futbol
Federasiyasının (TFF) İdarə Heyətinin iclasında qəbul olunub.
Turnir
2026/2027 mövsümündən etibarən pley-off sisteminə keçid edəcək.
Yeni
formatda əvvəlcə beş təsnifat mərhələsi keçiriləcək. Bunun ardınca 1/8 final,
1/4 final, yarımfinal və final oyunları təşkil olunacaq.
Yalnız
yarımfinal mərhələsi iki matçdan ibarət formatda reallaşdırılacaq.
Qeyd edək ki, Türkiyə Kubokunun cari mövsümündə təsnifat görüşlərinin ardından qrup mərhələsi başlayıb. Daha sonra komandalar 1/4 finala yüksəliblər.