Türkiyəli mütəxəssis Volkan Demirelin yeni iş yeri bəlli olub.
Xəbərin.az xəbər verir ki, keçmiş qapıçı yenidən Superliqa təmsilçisi "Gənclərbirliyi"ni çalışdıracaq.
Bunu klub prezidenti Arda Çakmak "Ajansspor"a açıqlamasında deyib. O bildirib ki, Demirelle razılaşıblar və o, müqavilə bağlamaq üçün Ankaraya yollanıb.
Qeyd edək ki, Volkan Demirel ötən ilin oktyabrında "Gənclərbirliyi"nin baş məşqçisi təyin edilib və 2 ay sonra istefa verib. O, bu gün istefası açıqlanan Levent Şahini əvəzləyəcək. Maraqlıdır ki, LŞahin də təyinatından cəmi 18 gün sonra istefaya göndərilib.