ABŞ
İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə
hücumları qətiyyətlə pisləyir.
Xəbərin.az xəbər
verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlik Azərbaycan xalqı ilə tam
həmrəy olduqlarını qeyd edib:
"ABŞ-ın Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır".