Xəbərin.az - Operativ Xəbər Portalı
21 Aprel 2026, Çərşənbə axşamı

Tramp: “İran üçün başqa seçim yoxdur”

06 Mart 2026, 20:05 Dünya 21 baxış
Tramp: “İran üçün başqa seçim yoxdur”

İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacaq.

Xəbərin.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

“Kapitulyasiyadan və layiqli lider(lər)in seçilməsindən sonra biz və bir çox müttəfiqimiz, tərəfdaşımız İranı məhv olmaq astanasından geri çəkmək üçün yorulmadan çalışacağıq, onu iqtisadi cəhətdən əvvəlkindən daha böyük, yaxşı və güclü edəcəyik”, - Tramp qeyd edib.