Sabah
Ramazan ayının on yeddinci günüdür.
Xəbərin.az xəbər
verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən,
sabah imsak vaxtı saat 05:40-da, iftar vaxtı isə 18:53-dədir.
İmsak
duası:
"Allahummə əhdini fihi
lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu
ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin
və alihit-tahirin!”
Tərcüməsi:
"İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər,
ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı
olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak
ailəsinə salavat və rəhmət bəxş eylə!”
İftar
duası:
"Allahummə ləkə sumtu və əla
rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya
vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum,
sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və
mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı
bağışla!”
Allah orucunuzu qəbul eləsin!