Avropa
Şurasının (AŞ) Baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş
aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili
ehtiyac olduğunu göstərir.
Xəbərin.az xəbər
verir ki, bu barədə Berse X hesabında bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə artan böhranı, həmçinin onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə etdim. Azərbaycana dron hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Beynəlxalq hüquq güc tətbiqi üçün əsas olaraq qalmalıdır", - Berse qeyd edib.