Xəbərin.az - Operativ Xəbər Portalı
20 Aprel 2026, Bazar ertəsi

İspaniya Türkiyə və Azərbaycana hücumları pislədi

05 Mart 2026, 22:36 Gündəm 45 baxış
İspaniya Türkiyə və Azərbaycana hücumları pislədi

İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.

Xəbərin.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin X səhifəsində bu barədə bildirilib.

Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.