Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı Ankaranın mövqeyini bir daha açıqlayıb.
Xəbərin.az-ın APA-ya istinadən məlumatına görə, Ərdoğan bu barədə çıxışında danışıb.
O bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb.
“Dünən baş verən hadisə ilə bağlı həssaslığımızı çox açıq şəkildə göstərdik və bunun təkrar olunmaması üçün lazımi xəbərdarlıqları etdik. İlk gündən bəri sülh üçün göstərdiyimiz səylər ortadadır. Heç kim qonşuluq və qardaşlıq hüququna zərər verən yanlış mövqe tutmamalıdır”, – deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə hər cür təhdidə qarşı müttəfiqləri ilə birlikdə hərəkət edəcək.