Xəbərin.az - Operativ Xəbər Portalı
19 Aprel 2026, Bazar

Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi uğurla həyata keçirilib

04 Mart 2026, 22:12 Ölkə 31 baxış
Azərbaycan vətəndaşlarının Ciddə şəhərindən təxliyəsi uğurla həyata keçirilib

Yaxın Şərqdə yaranmış vəziyyət səbəbilə uçuşları ləğv olunan Azərbaycan vətəndaşlarının təxliyəsi uğurla həyata keçirilib.

Xəbərin.az xəbər verir ki, Azərbaycan Hava Yolları şirkətinə məxsus təyyarə 200 nəfərdən çox vətəndaşı Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya gətirib və təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Rəsmi məlumata görə, yaxın günlərdə digər istiqamətlərdən də təxliyə reysləri planlaşdırılır.