Xəbərin.az - Operativ Xəbər Portalı
05 Mart 2026, Cümə axşamı

Qətər XİN rəhbəri Əraqçi ilə İranın raket zərbələrini müzakirə edib

04 Mart 2026, 21:51 Dünya 3 baxış
Qətər XİN rəhbəri Əraqçi ilə İranın raket zərbələrini müzakirə edib

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Xəbərin.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. 

Qətər XİN-in açıqlamasına görə, İran, raket zərbələrinin Qətərin deyil, ABŞ-ın maraqlarına qarşı yönəldiyini bildirib.

Doha bu iddiaları rədd edərək, hücumların mülki ərazilərə və ölkənin infrastrukturuna təsir etdiyini və Qətərin suverenliyinin pozulması olduğunu bildirib.

Sonra Baş nazir ölkənin özünümüdafiə hüququnun olduğunu vurğulayıb.