Xəbərin.az - Operativ Xəbər Portalı
05 Mart 2026, Cümə axşamı

Pezeşkian qonşu dövlətlərin liderlərinə səsləndi

04 Mart 2026, 21:34 Dünya 3 baxış
Pezeşkian qonşu dövlətlərin liderlərinə səsləndi

İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib.

Xəbərin.az xəbər verir ki, Pezeşkianın müraciəti onun “X” hesabında paylaşılıb.

"Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin hərbi təcavüz bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və regional sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik", - Pezeşkian yazıb.