Xəbərin.az - Operativ Xəbər Portalı
04 Mart 2026, Çərşənbə

Fransa İran qarşısında hərbi addımlar atacağını açıqladı

03 Mart 2026, 23:55 Dünya 3 baxış
Fransa İran qarşısında hərbi addımlar atacağını açıqladı

Fransa Prezidenti Emmanuel Macron, İran ilə ABŞ-İsrail arasındakı gərginlik fonunda ölkəsinin Orta Şərqdəki müttəfiqlərinə dəstək verəcəyini açıqlayıb.

Xəbərin.az məlumat verir ki, canlı yayımda danışan Macron, “Müdafiə tədbirlərinə keçəcəyik. Körfəz bölgəsindəki etibarlı müttəfiqlərimiz üçün sözümüzü tutacağıq. "Charles de Gaulle" təyyarədaşıyan gəmisinə və müşayiətçi qruplara Aralıq dənizində təcili hərəkət etmələri əmri verdim,” ifadələrini işlədib.

Macron həmçinin, Fransa qüvvələrinin Rafale döyüş təyyarələri, hava müdafiə sistemləri və hava radarı ilə təchiz olunduğunu bildirib. O, Hizbullah və İsrailə də mesaj göndərərək, “Hizbullah bütün hücumlarını dayandırmalı, İsrail isə Livan ərazilərinin bütövlüyünə hörmət etməlidir” deyib.

Qeyd edək ki, ABŞ-İsrail hücumları və İranın cavab tədbirləri nəticəsində Orta Şərqdə regional gərginlik artır, digər ölkələrin müharibəyə qarışma ehtimalları gündəmə gəlir.