Ziraat Türkiyə Kubokunun 4-cü turunda "Galatasaray" səfərdə "Alanyaspor"u 2-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Xəbərin.az xəbər verir ki, "sarı-qırmızı"ların heyyətində Barış Alper Yılmaz 6-cı dəqiqədə penalti ilə komandasını önə çıxarıb. 29-cu dəqiqədə 18 yaşlı Renato Nqa "Galatasaray" forması ilə ilk qolunu vuraraq hesabı 2-0 edib. "Alanyaspor" isə 78-ci dəqiqədə Stiv Munye ilə fərqi azaltmağa nail olsa da, bu qol nəticəyə təsir etməyib.
Bu qələbə ilə "Galatasaray" 1/4 final mərhələsinə yüksələn ilk komanda olub. Qeyd edək ki, qrup mərhələsindəki digər qarşılaşmada isə "Başakşehir" üzərindəki qələbə nəticəsində "Trabzonspor" ikinci sırada qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazanıb.