ABŞ-nin Livanın paytaxtı Beyrutdakı səfirliyi regionda davam edən gərginlik səbəbindən növbəti bildirişədək fəaliyyətini dayandırdığını açıqlayıb.
Xəbərin.az xəbər verir ki, diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsində yaydığı bəyanatda bütün planlı və təcili konsulluq qəbullarının ləğv edildiyi bildirilib.
Səfirliyin adi iş rejiminə qayıdacağı barədə əlavə məlumat veriləcəyi qeyd olunub.
Bundan başqa, ABŞ Küveytdəki səfirliyini də bağlayıb. Ər-Riyadda da ABŞ diplomatik missiyasının binasına iki pilotsuz uçuş aparatı hücum edib və yanğın baş verib. Martın 2-də Bəhreyndəki səfirlik "regional gərginlik" səbəbindən fəaliyyətini dayandırıb.
ABŞ Dövlət Departamenti isə ABŞ vətəndaşlarını Yaxın Şərqin 16 ölkəsini dərhal tərk etməyə çağırıb və ciddi təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib.