Xəbərin.az - Operativ Xəbər Portalı
02 Mart 2026, Bazar ertəsi

Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4 500 manatını oğurladı

02 Mart 2026, 21:24 Gündəm 2 baxış
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4 500 manatını oğurladı

Vətəndaşın sərxoş olmasından istifadə edərək ona yardım təklifi ilə oğurluq edən şəxsə hökm oxunub.

Xəbərin.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə mühakimə edilən Zaur Quliyev (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət, 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərinə qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından aydın olur ki, zərərçəkmiş L.Bayramzadə "Hiss" əyləncə klubundan sərxoş vəziyyətdə çıxaraq özünə məxsus "Jeep Compass" markalı avtomobilin yanından keçib. Həmin vaxt yoldan keçən Zaur Quliyev ona yaxınlaşaraq yardım təklif edib. L.Bayramzadə ayıq sürücü gözlədiyini deyib. Zaur Quliyev isə onu avtomobili ilə evinə çatdıra biləcəyini söyləyib. L.Bayramzadə razılaşıb. O, avtomobildə yatarkən Zaur Quliyev maşından 4 500 manat pul götürüb.

L.Bayramzadə hadisədən xəbər tutandan sonra polisə şikayət edib. Zaur Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

O, məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.