Xəbərin.az - Operativ Xəbər Portalı
02 Mart 2026, Bazar ertəsi

Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib

02 Mart 2026, 21:15 Dünya 2 baxış
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib

Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Xəbərin.az xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb.

Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.

Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.