Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Qalatasaray"dan inamlı qələbə

28 Fevral 2026, 23:25 İdman 15 baxış
"Qalatasaray"dan inamlı qələbə

Türkiyə Super Liqasının 24-cü həftəsində "Qalatasaray" "Alanyaspor"u qəbul edib. 

Xəbərin.az oyunun icmalını təqdim edir:

Rams Parkda keçirilən qarşılaşmada 45+2-ci dəqiqədə Boey hesabı açıb. "Qalatasaray" soyunub-geyinmə otağına 1-0 öndə girib. İkinci hissəyə qonaq komanda güclü başlayıb və 49-cu dəqiqədə Munie hesabı bərabərləşdirib. Qalatasaray cəld cavab verdi və Torreyra 58-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirdi. 83-cü dəqiqədə Osimhen "Alanyaspor"un qapıçısı Viktorun səhvindən istifadə edərək fərqi ikiyə çatdırıb. Nigeriyalı hücumçu Super Liqada mövsümdə 10-cu qolunu vurub. Qarşılaşmanın qalan hissəsində qapılara başqa qol vurulmayıb və "Qalatasaray" 3:1 hesabı ilə qalib gəlib. Okan Burukun komandası xallarının sayını 58-ə yüksəldib, Joao Pereyranın komandası isə 26 xalda qalıb. Liqanın lideri "Qalatasaray" Super Liqada gələn həftə derbidə "Beşiktaş"ın qonağı olacaq. "Alanyaspor" isə "Gənclərbirliği"ni qəbul edəcək.