Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb

27 Fevral 2026, 22:59 Hadisə 11 baxış
Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Xəbərin.az-ın məlumatına görə, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.