Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Yandex”in həmtəsisçisi Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib

27 Fevral 2026, 22:53 Dünya 10 baxış
“Yandex”in həmtəsisçisi Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib

“Yandex” şirkətinin həmtəsisçisi və sabiq rəhbəri Arkadi Voloj Rusiya vətəndaşlığından imtina edib.

Xəbərin.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, milyarder bu həftə artıq Rusiya Federasiyasının vətəndaşı olmadığına dair rəsmi təsdiq alıb.

"Bloomberg" qeyd edir ki, Voloj İsrail vətəndaşıdır və 10 ildən artıqdır həmin ölkədə yaşayır.