Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli oldu

27 Fevral 2026, 22:37 İdman 8 baxış
Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli oldu

Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.

Xəbərin.az xəbər verir ki, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.

Bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komanda qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.