Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Biləsuvar və Cəlilabadda güclü külək fəsadlar törədib

27 Fevral 2026, 22:30 Hadisə 9 baxış
Biləsuvar və Cəlilabadda güclü külək fəsadlar törədib

Biləsuvar və Cəlilabad rayonlarında güclü külək bir sıra fəsadlara səbəb olub.

Xəbərin.az-ın APA-nın cənub bürosuna istinadən məlumatına görə, güclü külək hər iki rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Biləsuvarda külək irigövdəli ağacları kökündən çıxarıb.

Ağaclardan biri yaşayış evinin üzərinə düşərək dam örtüyünə ziyan vurub.

Hazırda bölgədə leysan xarakterli yağış müşahidə olunur.