Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

27 Fevral 2026, 21:37 İdman 8 baxış
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələləri başa çatdıqdan sonra UEFA-nın reytinq cədvəli yenilənib.

Xəbərin.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsində “Nyukasl”a cavab görüşündə də 3:2 uduzub. Pley-off matçlarındna sonra da Azərbaycan 27-ci pillədə qalıb.

Hazırda Azərbaycanın 22.937 xalı var. Daha üst pillədə Sloveniya qərarlaşıb(23.968).

Klubları 2022-ci ildən etibarən Avropa yarışlarından kənarlaşdırılan Rusiya (22.632) isə 28-ci pillədə qərarlaşıb. Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlamışdı.