Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

26 Fevral 2026, 23:29 Dünya 5 baxış
Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

ABŞ Prezidenti Donald Trumpın həyat yoldaşı Melania Trump, martın 2-də keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

Xəbərin.az məlumat verir ki, Melaniya Trampın ofisinin yaydığı açıqlamada bildirilib ki, iclasda “təhsil, texnologiya, sülh və təhlükəsizlik” mövzuları müzakirə olunacaq. Qeyd edilib ki, ABŞ-ın fəaliyyətdə olan birinci xanımının Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi ilk dəfə baş verəcək.

BMT Baş katibinin sözçüsü Stephane Dujarric məsələ ilə bağlı açıqlamasında bunun təşkilat tarixində bir ilk olduğunu təsdiqləyib. O, dövlət başçılarının həyat yoldaşlarının əvvəllər BMT-də müxtəlif tədbirlərdə iştirak etdiyini xatırlatsa da, Təhlükəsizlik Şurasının iclasına sədrlik edilməsinin indiyədək qeydə alınmadığını vurğulayıb.

Bildirilir ki, mart ayında Təhlükəsizlik Şurasına sədrliyin ABŞ-a keçməsi ilə əlaqədar olaraq, Melaniya Tramp sözügedən ilk iclasa rəhbərlik edəcək.