Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev Tiranada beynəlxalq turnirdə mükafat qazanıb

26 Fevral 2026, 23:01 İdman 8 baxış
Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev Tiranada beynəlxalq turnirdə mükafat qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb.

Xəbərin.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.