Portuqaliyalı
hücumçu Kristiano Ronaldo İspaniya çempionatının ikinci divizionunda çıxış edən
"Almeriya" futbol klubunun 25% səhmlərinin sahibinə çevrilib.
Xəbərin.az xəbər
verir ki, bu barədə Ronaldo özü danışıb.
“Uzun illərdir ki, futbol sahəsində
yalnız meydanda deyil, eyni zamanda ümumilikdə futbola töhfə verməyi
arzulamışam. "Almeriya" möhkəm əsaslara malik, inkişaf potensialı
açıq-aşkar olan İspaniya klubudur. Mən klubun rəhbərliyi ilə birlikdə işləyərək
onun növbəti inkişaf mərhələsini dəstəkləməyi səbirsizliklə gözləyirəm”, -
Ronaldo vurğulayıb.
Ronaldo hazırda 41 yaşındadır, beş
dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının
qalibi, milli komandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və
klub üzrə dünya çempionatlarının tarixində ən yaxşı bombardirdir.
Portuqaliyalı futbolçu beş dəfə
“Qızıl Top” mükafatına layiq görülüb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə
Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.
Karyerası ərzində o, həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında çıxış edib.