Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Tanınmış bloger qəzaya düşdü

26 Fevral 2026, 15:11 Hadisə 9 baxış
Tanınmış bloger qəzaya düşdü

Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.

Xəbərin.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Nuray Muxtarovanın idarə etdiyi “Şevrolet” markalı avtomobil kəsişmədə başqa bir avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan Nuray Muxtarova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Nuray Muxtarova Speys TV-də çalışan aparıcı Humay Muxtarovanın qızıdır.