Azərbaycanda
sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.
Xəbərin.az xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron
yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava
şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara
keçəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında isə
fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin
arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda
sululuğun artacağı ehtimalı var.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.